MADE WITH LOVE……

All accessories – Zel Home

Photo – Zaur

Bu gün hər zamankindən fərqli olaraq, yə’ni fashion olmayan bir post olacaq.

Son zamanlar interyer dizayn, aksesuarlar çox marağımı çəkir və sizin istəyiniz üzərinə, istədim bu haqda post yazım. Əlbətdə ki. bu post yerli brend ilə olmalıydı. Çox axtarış etmədən bu müvzuda lider olan Zel Home ilə birgə colabration etmək qərarına gəldim.

Zel home yerli bazarda elədə çox alternativi olmayan və mənim həqiqətən bəyəndiyim və evimdə sevərək istifadə etdiyim bir brenddir. İllər boyu millətimizin yerləşmiş olan, interyer ilə bağlı bəzi sterotiplərini, yaxşı yöndə dəyişməyi bacaran və bu yolda əlindən gələni əsirgəməyən bir şirkətdir! Zel Home mən deyərdim dəbin, inkişafın nəbzini tutan nadiryerli brendlərdəndir. Mən rahatlıqla və qürürla bu brendi, yerli olmayan  digər mass-market (home design) brendləri ilə qarşılaşdırdığımda, çox baxımdan üstün olduğunu deyə bilərəm. Həm keyfiyyət həm də qiymət baxımından.

Gələk əsas məsələyə. Yuxarıda geyd etdiyim mövzu ilə bağlı çatdırmaq istədiyim fikirləri ancaq yazaraq yox, sizin sevdiyiniz kimi istədim həm də fotolarla göstərim. Əlbətdə Zel Home aksesuarlarını öz evimdə necə, harada istifadə etdiyimi göstərməkdir məqsədim. Ancaq onu da deyim ki, bu aksesuarlar hər baxımdan nəyin ki, gözəllik və stil qatır evimə, hətta maddi cəhətdən də çox sərfəlidir. Məsələn aşağıda gördüyünüz kimi, bəzi aksesuarları qışda evdə, yayda isə balkon və baxçanızda da istifadə edə bilərsiz. Gəlin yaxşısı budur demək istədiklərimi fotolarla izah edim.
P.s Maksimum səmimi, olduğum və olduğu kimi fotoları yansıtmağa çalışdıq. Qırmızı dodaq boyasını çıxmaq şərti ilə, onu sizə rəngli və gözəl görünmək üçün istifadə etdim, başqa heç bir niyyətim yox idi 🙂

Hamınızı öptüm, fotoların dadını çıxardın necə deyərlər ENJOY!

İnstagram səhifəmdə isə komentlərinizi gözləyirəm xoxo..

 

Soyuq havalrda sizi isitəcək yüngül pled.

 

Balkon aksesuarları.

 

Vanna otağı aksesuarları.

 

Ən sevdiyim köşə 🙂

 

Marble (mərmər) seriyası və hamam dəstləri.

 

 

Marble seriyası servis və mətbəx əşyalarında da davam edir…

Bir posta sığdıra bildiklərim, düşünürəm daha başqa aksesuar və dizayn örnəkləri növbəti postlarda olacaq…..

 

 

Caspian Vogue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *