AUTUMN İN PARİS……

Top – Zara

Trousers -Julia Perekriostova

Loafers – Gucci

Trenchcoat – Naveen

Bag – Celine

Sunnies – Dior

Photo – Zaur

Bu da Parisdə çəkdiyimiz look’ların sonuncusu. Bilirəm ki, Parisdə çəkilən bütün seriyanı bəyəndiniz. Elə məqsədimiz də bu idi! Həqiqiətən çox çalışdıq ki, kombinlər və fotolar standart olmasın və sizə də baxarkən maraqlı gəlsin. Paris kimi böyük şəhərdə, xüsusən qısa zamanda çox iş görmək istəyirsinizsə, maraqlı kombin yaradmaq elə də asan deyil. Deyəcəksiz sadə kombin niyə çətin olsun ki?! İzah edim. Bir jean və Tshirt də sadə və tərz görünə bilər ancaq bu cür kombinlərdə çox maraqlı ayaqqabı və aksesuar seçmək lazımdır. Saatlarla gəzəcəyiniz şəhərdə, bir gün ərzində ən azı iki görüşünüz varsa, ayaqqabı seçmək elədə asan deyil. Demək istədiyim ya geyiminiz sadə olub, çox maraqlı ayaqqabınız (adətən maraqlı ayaqqabılar yüksək daban olur) olmalıdır. Ya da fışfışınski geyinib 🙂 ayaqqabı ilə kombini sadələşdirmək lazımdır. Bu günki kombin, mən deyərdim sonuncu varianta daha uyğundur. Patrick Ales salonunda Phyto numayəndələri ilə görüşə məhz bu geyimlə getməyi seçdim.

P.s Tekstlərimdə, çox bilmiş kimi bunu onunla bununla geyinin, ya da belə kombinləmək lazımdır deyə, böyük cümlələr qurmaqdan çəkinirəm. Haraya, niyə, hansı şərtlər üçün geyindiyimi və kombinlədiyimi izah etmək mənə, daha yaxın və səmimi gəlir!

Ümid edirəm bəyəndiniz.

 

 

Əlaqəli Postlar / Related posts:

Caspian Vogue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *