OCTOPUS…….

Octopus Dress – Roussin by Sophia Rousinovich

Black Dress – Zumrud Mirzaliyeva

Shoes – Uterque

Bag – Gucci

Photo – Zaur

Salam,

Ümid edirəm yaxşısız. Postun adından və baş rolda olan donumun şəkilindən belli olduğu kimi, sizə ahtapot (asminoq) adlandırdığım, tam dəb həftəsinə uyğun kombinimi  təqdim edirəm. Hə sizə demişdim axı Parisdən paylaşacağım kombinlər hələ çox olacaq. Nəzərə alsaq ki, üç yüklü böyük yol çantalarıyla səfər etmişdim, çox sayıda fotosesiya qaçınılmaz idi. Həm də Parıs axı dəb və ilham şəhəridir. Fotoqrafım Zaur və mən bütün gün həm gəzib həm də durmadan çalışmağa hazır idik. Xüsusi ilə keyif verən fotosesiyaların ekseriyyətini, Paris Fashion Week’in keçirildiyi mühitin ətrafında etdiyimizi nəzərə alsaq, bu işdən çox keyifli anlar demək idi mənim üçün.

Qısaca olsada, bu günki kombindən danışmaq istəyirəm. Layering (üst-üstə geyinmək) etmeyi çox sevirəm ancaq hər kəsdə və hər zaman uğurlu alınmaya bilər bu tərz. Bu dəfə düşünürəm məndə heç də pis alınmadı. Don üzərinə don geyinmək, corablı ayaqqabının içinə corab geyinmək, qulağa elə də xoş gəlməyə bilər. Ancaq əksəriyyət  gözlərə  xoş gəlir. Ümid edirəm bu kombin də sizin gözlərinizə xoş gəldi. Hər zaman dediyimi, bu dəfə də sizinlə  paylaşmaq istəyirəm “Dəb cəsarəti sevir” Cəsarətli və dəbl olmaqdan çəkinməyin!

Təsuratlarınızı hər zamanki kimi aşağıda və ya instagram postunun altında gözləyirəm. Hər zaman ki, kimi maraqlıdır və vacibdir!

P.s. Buradan Azərbaycan Hava yolları şirkətinə “Azal” öz minnətdarlığımı bildirirəm. Həm komfortlu uçuş, həm də mənə dəstək olduqları üçün.

 

 

 

 

 

 

Əlaqəli Postlar / Related posts:

Caspian Vogue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *