TEA TIME AT PENINSULA……..

Top – Zara

Jeans – Levis

Jacket – Rachel Zoe

Shoes – Uteque

Bag & Belt – Gucci

Photo – Zaur

Salam,

From Paris with Love seriyasından olan postlara davam edirəm 🙂

Öncəliklə, son postlara göstərdiyiniz marağa və aktivliyə görə çox təşəkkür edirəm. Sizin komentlərinizin və postlara olan marağın verdiyi stimulla, hər dəfə həyata keçirmək istədyim yeni ideyalar gəlir ağlıma. Onlardan biri, Vloglardır. Artıq mütamadi olaraq vloglar çəkəcəm ancaq mövzunu siz seçəcəksiniz. Yəni sizi, ən çox maraqlandıran mövzular olacaq.

Hə keçək bu günki kombinə!

Bildiyiniz kimi Paris Dəb Həftəsi ilə bağlı oradaydım və əlbətdə bundan əlavə qürurunu daşıdığım Fransız brendlərinin təklifii ilə, bir neçə görüşüm vardı. Bu kombini çəkdiyimiz gün elə onlardan biri idi.

Dünyada meşhur olan Peninsula Lux Hotellər zincirinin , Parisdə yerləşən Oteli tərəfindən, otelin məşhur olan çay saatına dəvət edilmişdim. Çox blogerlə əməkdaşlıq etməyən bu otelin dəvətini almaq çox xoş oldu mənə. Otelin heyyətinin məni qarşılamasından, otelin gözəlliyi və xidmətinə qədər hər şey çox ürəyimcə oldu.
Dəvətə  getmədən əvvəl əlbətdə Paris kimi böyük bir şəhərdə daha bir neçə yerə baş çəkməliydim və ona görə rahat, eyni zamanda bu oteldə çay saatına uyğun kombin seçməliydim.

Hər zaman olduğu kimi, mən və daimi fotografım (dostum) yaşadığım o xoş ab-havanı fotolarla sizə ötürməyə çalışdıq.

Düşünürəm bu kombin tam yerinə düşmüşdü həmin gün. Həm gündüz işlərimi rahatca həll etdim həm də möhtəşəm otelinin dəvətində şik və rahat görünməyi başardım. Parisə turist kimi də getsəz, bu tərzdə rahatlıqla geyinə bilərsiz ancaq bel çantanıza idman ayaqqabınızı qoymağı unutmayın. Gündüz idman ayaqqabısı ilə kombinləyib, axşam şam yeməyi üçün otelə getmədən kiçik və ya yüksək dabanlı klassık ayaqqabı ilə də geyinə bilərsiz.
Sizin fikirləriniz əlbətdə hər zamanki kimi maraqlıdır. Fikrinizi, iradlarınızı və təkliflərinizi hər zamanki kimi qəbul etməyə hazıram…..

Hələlik, qaçdım düşbərə bükməyə ancaq qayıdıb yorumlarınıza mütləq baxacam…….

 

 

Əlaqəli Postlar / Related posts:

Caspian Vogue