BY THE WAY……

Dress – Thakoon

Mules – Mariam Gvasalia

Bag – Benedetta Bruzziches

Photo – Zaur Najafbayov

Nə yazım? Hər dəfə söz verirəm daha maraqlı ən əsası isə daha çox post paylaşım ancaq alınmır. Ok, düzünü deyim! Uzun zamandır bloqumla bağlı çox dəyişikliklər etmək istəyirəm. Biraz tənbələm, biraz istəmirəm, biraz da çəkinirəm. Çəkinirəm ki, edə biləcəyəmmi, çəkinirəm necə qəbul edəcəksiz, mütləq keyfiyyətli olmalıdır ki, başqa cür də istəmirəm! Artıq bir birinə oxşayan, heç bir informasiya daşımayan blog’ların sayı artıb! Ya da özünə əl qatıb lazımlı, lazımsız videolar çəkənləri demirəm. Yox bunlardan danışmayacam!
Gəlin 1-2 planımdan danışım sizə. Düşünürəm bloqumdaki şəkilləri artıq özüm çəkməliyəm. Bu daha mənim istədiyim kimi və daha yaxşı alınar, ya da uzaq başı Melis! Boşuna o qədər hashtag yaratmamışam ki #melisthebestphotographer 🙂 Çəkinirdim ancaq görürəm istək var, videolar çəkməliyəm.

Sayt yenilənəcək, bəlkə geyimlərimin online satışını da etdim.

Vaxt azlığından (əslində o tənbəllikdir) xarici brendlər və firmalarla əməkdaşlıq edə bimirəm. Ana olmaq və bloger olmaq arasında da seçim etmək istəmirəm, sadəcə biraz daha vaxdı düzgün idarə etməyi öyrənməliyəm ki, hər şey istədiyim qaydada alınsın.

Kombin qaldı kənarda mən isə sizinlə dərdləşməkdə. Ehhhhh nolsun ki, arada bu da olmalıdır elə deyil mi?

Hə indi deyin siz bloqun yeni tərzində hansı dəyişiklikləri görmək istərdiniz? Yəni o baxıb sinov getdiyiniz xarici blogerlərdə ən bəyəndiyiniz postlar hansıdır, travel’mı, videolar mı? Yazın ki, mən də bilim. Çünki indiyə qədər, bu tənbəlliyimə baxmayaraq məni inadla izləməyə, oxumağa davam edən izləyicilərimə borcum var…..

Geyim isə Zaur çoxdan şəkil çəkməmişik deyib, çay içərkən tutub qolundan dartdığım fotosesiyadandır…….

5

Əlaqəli Postlar / Related posts:

Caspian Vogue

7 Comments

  1. Əla😍 Çox gözəl sadə və şık bir kombin 👌Hələ ayaqqabılar 💜 Uğurlar Aynur xanım

  2. Mence daha chox videolar chekin. Bu sizde chox gozel alinir👍🏻 Make-up la bagli, gundelik rutinlerle bagli ve s. Ugurlar😘😘

  3. Айнур ханум, Вы настолько обаятельная, интересная, всесторонняя личность, что мне кажется, даже если Вы будете вести спортивные новости на АЗТВ, мы будем с замиранием смотреть😻 Мне, лично, интересно всё в вашем исполнении.🙌🏻❤️🌷😌

Comments are closed.