CHENOT PALACE GABALA…..

IMG_1656

Salam!

Bilirəm Chenot Palace ilə bağlı yazını çoxunuz  gözləyirsiz. O zaman, uzatmadan üç günlük detoks proqramında keçirdiyim təcrübələri sizinlə bölüşmək istəyirəm.

Lokasiya:

Chenot Palace Gabala – Qəbələdə, inanılmaz təmiz havaya malik Nohur gölü kənarında (Nohurqışlaq su anbarı) Güllüburun, Göydağ və Yumuru dağları arasındakı təbii novda yerləşir. Xüsusən bu postumda özüm çəkdiyim fotoları paylaşmaq istədim ki (qeyri profesional) bütün təbiiliyi sizlərə olduğu kimi ötürə bilim.

Otel və personal:

Otel həqiqətən çox gözəldir. Otelin öz şəxsi SPA məkanı olan 3 genış villası və 72 müxtəlif nömrəsi olan geniş imkanı var. Nömrələrdə və Spada sadəcə brendin öz istehsalı olan Chenot məhsullarından istifadə olunur. Xaricdəki otel haqqında məlumatı olanlar və sevənlər bilirlər ki, Chenot otelləri öz Spa mərkəzləri ilə məşhurdur. Beləliklə deyilənə görə ən son inşa edilən Chenot Gabala, mövcud olan Chenot otellərinin içində ən irəli texnikaya və ən böyük Spaya malikdir.

Personal və həkimlər haqqında danışmasam olmaz. Əfsuslar olsun ki, ölkəmizdə servis baxımından böyük axsaqlıqlar olduğunu bilirik. Ancaq Chenot Gabala bizi yaxşı mənada çox təcübləndirdi, məhz buna görə, otelin bütün rəhbərliyinə, belə gözəl servis və personala görə, ayrıca öz təşəkkürümü bildirirəm. Hətta birgə olduğum jurnalist dostlarımla belə aramızda bu mövzu ilə bağlı söhbetimiz oldu. Son günə qədər,  görəsən nə vaxt bir problem çıxacaq deyə zarafat etdik aramızda. Ancaq həqiqətən düzgün traning keçmiş, son dərəcə kubar, bilgili və gülər üzlü personal bizə qulluq etdi.

Həkimlərə gəldikdə isə, çox bilgili və diqqətcil idilər. Həkimlərin bir hissəsi öz həkimlərimiz idi. digər hissəsi isə başqa ölkələrdən dəvət edilib.

İlk gəldiyimiz gün biraz da olsa oteli gəzib tanımaq şansımız oldu. Sadəcə üç günlük qısa detoks proqramı üçün gəldiyimə görə, vaxt itirmədən həkimin müayinəsindən keçdim.

Otelin detoks proqramları 3gün, 7 gün və 14 günlük paket şəklində təqdim olunur. Paketlər haqqında məlumat və qiymətlər saytda mövcuddur. (yaziya tıklayın)

Həkim müayinəsini keçdikdən sonra, sizə uyğun proqram seçilir və onun əsasında əlinizdə dəqiqəsinə qədər yazılı bir cədvəl çıxardılır. Bu proqramın doğrultusunda prosedurdan prosedura gedirsiz. Onu da deyim ki,  üç günlük qısa proqramda olduğum üçün bütün gün məşqul idim , sadəcə arada yemək yeməyə vaxt tapırdım.
Yeməyə gəldikdə, birgə getdiyim dostlarım arasında yeməkdən şikayətçi olanlar vardı. Ancaq onu demək istəyirəm ki, Chenot Palace’ın proqramı bizim öyrəşdiyimiz sanatorialarla heç bir əlaqəsi yoxdur. Bura detox mərkəzi olduğu üçün, menular öncədən seçilir və tamamı ilə bədəni detoks etməyə yönəlikdir. Porsiyalar kiçik və çox yüngüldür. Buna görə oraya getdiyinizdə buna hazır olmalısınız. İlk gün biraz çətin olur kiçik porsiyalara öyrəşmək ancaq sonra özünüzü həqiqətən yüngül və xoşbəxt hiss edirsiz. Məsələn uzun illərdir özümü su içmə vərdişinə sala bilmirdim, burada hər tərəfdə 3 cür su mövcuddur (limonlu, adi su və sirkəli su) və hər prosedurdan sonra bu sulardan və ot çaylarından içmək mütləqdir. Onu deyim ki, biraz da olsa bu qısa 3 günlük proqramdan sonra su daha çox içməyə başladım.

Çox ölkədə spa və masaj prosedurlarını istifadə etmiş biri olaraq onu demək istəyirəm ki, buranın terapeftləri (massajistləri) ən bəyəndiklərimdən oldu. Hər prosedurdan sonra, məni oyandırmaq məcburiyyətində qalırdılar. Buarada Chenotda demək olar ki, alternativ tibbin bütün növləri mövcuddur. Damarları yoxlama cihazlarından, dərinin kollagenini ölçən cihazlara qədər. Yoga, fitness, pilates, sauna, basseyn. türk hamamı və s kmi aktivitələr də var.

Unutmdan onu da deyim ki, Chenot sağlamlıq mərkəzidir, əlbətdə tez zamanda çəki atmaq mümkündür ancaq yalnız arıqlamaq yox sağlamlıq üçün də getmək olar.

Məsləhətim gedəndə yanınlzda sevdiyiniz kitabı götürün ki, prosedurların arasında sakitlikdən maksimum faydalana biləsiz. Eləcə də göl kənarında velosipedlə təmiz havanın dadını çıxardmaq mümkündür.

Daha geniş məlumat www.chenotpalace.com da 

Çəktiyim (qeyri profesional) şəkillərlə əlimdən gəldiyincə bu gözəlliyi sizə ötürməyə çalışdım….

Caspian Vogue