REFINING & FIRMING…..

Thalgo brendi ilə çoxdan tanış idim ancaq istifadə etməmişdim. Bildiyiniz kimi Thalgo əsasən kosmetoloqlarda satışda olur, bəlkədə bu baxımdan biraz mənə çətin gəlirdi məhsulları almaq.

İlk olaraq Thalgo High Performance Firming Cream ilə bağlı fikrimi paylaşmaq istəyirəm. Bədən kremlərini istifadə etməyi çox da sevmirəm, səbəbi isə, bədənə çəkdiyimdə bəzilərində yapışqanlıq hissi, bəzilərində isə quruyup toplanma halları olur. Amma bu kremin teksturasının kifayət qədər yağlı olmasına baxmayaraq, nə yapışqanlıq hissi nə də quruyub toplanma olmur. Xüsusən qış ayları üçün idealdır, dərini çox gözəl nəmləndirir  və çox xoş qoxusu var. Üzərində dərini sıxılaşdırıcı efektli olduğu qeyd edilsədə bu cür hallarda mən daha çox idmanın və kosmetoloji prosedurların gücünə inanalardanam.  Ancaq bu krem beden kremlrəri içində  favoritimdir və hamıya məsləhət gördüyüm bir məhsuldur, həm də bütün dəri tiplərinə uyğundur.

Hə, gələk ən əsas məsələyə, bütün xanımların, eləcə də mənim sinirlərimi pozan selulitə! Selulitin səbəbləri çoxdur, genetik faktorlar, düzgün qidalanmama, artıq çəki və s. Ancaq bu o demək deyil ki, biz bununla barışmalıyıq və heçnə etməməliyik.  Dünyada selulitə qarşı və  müalicəsi ilə bağlı bir çox yollar və prosedurlar mövcuddur. Kremlər, bürünmə (обертывание) və s kimi. Hətta düzgün qidalanma və idmanla belə seluliti azaltmaq mümkündür.

Seluliti azaltmağın yollarından biri də kremlərdir. Mənim seçəməm isə Thalgo – Expert Correction For Stubborn Cellulite kremidir. İlk istifadəyə başladığımda çox şüphə ilə yanaşdım bu kremə, çünki həqiqətən kremlərin gücünə çox da inanmayanlardanam.

İstifadə etdikcə gördüm ki, bu krem həqiqətən efekt verir. Baxmayaraq ki instruksiyasında qeyd edildiyi kimi, gündə iki dəfə (səhər-axşam) istifadə etmədim. Ancaq buna baxmayaraq, artıq effekti gözlə görmək mümkündür. Uzun illər sonra ilk, təkrar ikinci qutusunu alacağım məhsuldur. Hər şey kompleks şəklidə edildiyində, daha tez və gözəl nəticə almaq mümkündür məncə. Düzgün qidalanma, idman və bu kremin köməyi ilə qalib gələcəyimə inanıram selulitə. Onu da demək istəyirəm ki, internetdə həddindən artıq çox informasiya var. Hansı məhsulu seçib seçməmək arasında elə mən də bəzən tərəddüt edirəm. Bəli kremlər individualdır və hər kəsdə eyni efekti verməyə bilər, xüsusən də üz kremləri. Bu hallarda brendin reputasiyasına, kremlərin tərkibinə və inandığınız, güvəndiyiniz insanların rəylərinə əsaslanın. Məhz buna görə, sadəcə şəxsən istifadə etdiyim və nəticəsini gördüyüm məhsulları sizinlə paylaşmağa çalışıram.

 

Hər iki kremin tərkibi və necə təsir etməsi barədə linklərdən oxuya bilərsiz.

http://www.thalgo.fr/en/catalogue/produit/high-correction-gel-stubborn-cellulite.230.html

http://www.thalgo.fr/en/catalogue/produit/high-performance-firming-cream-.943.html

Unutmadan! Sizə də kosmetoloqdan və ya salonlardan bu məhsulları almaq praktik gəlmirsə,  Thalgo firmasının distribyutoru olan Sevilla şirkətinin instagram səhifəsini sizinlə paylaşıram:

https://www.instagram.com/sevillabaku/?hl=en

Əlaqəli Postlar / Related posts:

Caspian Vogue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *