GOLDEN AUTUMN…….

Sweater – Machka

Boyfriend Jeans – Levis

Shoes – Topshop

Clutch – Tonya Hawkes

Hairstyle – Kspace

Photo – Lala Guliyeva

Beautiful and warm autumn inspires me to share new posts more often…
So I want to share with you my fresh autumn look and hope you enjoy it. I also added my favorite colorful clutch to make look more classic and fresh….
Designer Tonya Hawkes’ clutch that I recently discovered, has very interesting and beautiful design, may be I talk about more her work in next posts.

Enjoy….

Gözəl havalar məni tez tez yeni post yazmağa vadar edir. Burdan bu gözəl fotoları çəkən Lalaya öz təşəkkürümü bildirirəm, çünki gözəl əhval-ruhiyyəyə qapılıb son deqiqədə ona çəkiliş etməyi təklif edirəm və hər səfərində pozitiv şəkildə mənə qoşulur.

Hə keçək bu günki sadə ancaq aktual stildə olan kombinimə. Bütün cinsləri kəsib doğramağı sevən mən, sizə yenə kəsdiyim cinslərimdən birini təqdim edirəm 🙂  Deyəsən bu cins biraz qısa alınıb ancaq sevdiyim məqam odur ki, klassik yüksək daban ayaqqabı ilə çox dəbli və xoş görünür. Yəni biraz kobud və zərif stilin qarışımı alınır. Növbəti postlarımdan birində, tam olaraq nə demək istədiyimi göstərməyə çalışacam.  Siz də çəkinmədən skinny, boyfriend fərg qoymadan istədiyiniz kimi, hətta səliqəsiz şəkildə cinslərinizi kəsə bilərsiz çünki qısa balaq dəbi hələ çox davam edəcək. Bu stildə cinsləri əfsusar olsun ki artıq şəhərimizdə çətinliklə tapıram, bir Zara var vəssalam, başqa alternativ yoxdur. Ona görə qərara gəldim bu həftə biraz kişi geyimi bölümlərinə nəzər salım 🙂  Bəlkə bəxtim gətirər.

Ümumiyyətlə kombini cins üzərinə qurmamışdım, yeni saçaqlı sviterimi geyinmək üçün, çox əlverişli hava var idi,  ancaq cinsim hər tərzlə uyğunlaşdığı üçün tekst istəmədən onun üzərində quruldu. Casual-Chic  stilində olan bu kombinə biraz rəng və şıklıq qatmaq üçün, rəngli klatç əlavə etdim. Bu çantanın yaradıcısı Tonya Hawkes keçən il kəşf etdyim və çooox bəyəndiyim dizaynerlərdəndir. Düşünürəm ayrı bir postda onunla bağlı yazı yazacam, çünki sizə də maraqlı gələcəyindən əminəm….

Hələlik isə ümid edirəm kombini bəyənib dəyərləndirəcəksiniz….. hələlik

 

Əlaqəli Postlar / Related posts:

Caspian Vogue