BLOGOMANİJA WITH VISA…….

Çoxdandır sizinlə paylaşmaq  istədiyim ancaq yenə də tənbəlliyimə görə təxirə saldığım bir post! Nəhayət!

İyun ayının əvvəlində Visa Card’ın dəstəyi və dəvəti ilə Sloveniyanın Maribor  şəhərində keçirilən Blogomanija konfrnansında iştirak etmə şansına nail oldum. Öncəliklə mənə bu şansı verdiyi üçün Visa Azərbaycan nümayəndəliyinə öz təşəkkürümü bildirirəm. Bir bloger olaraq bu cür tədbirlər, düşünürəm mənim karyeramda çox vacibdir. Yeni tanışlıqlar, ölkəmizi tanıtmaq imkanı və təcrübə edinmək üçün lazımlı platformadır. Konfransda müxtəlif bölgələrdən Fashion&Beauty və digər sferalardan blogerlər iştirak edirdi. Bu il üçuncüsü  təşkil olunan Blogomanija konfransında blogerlərin təcrübələri, yeniliklər, instagram, facebok və s. kimi sosial medyada popularlığı artırmanın yolları və əlbətdə keyfiyyətli iş görmənin yolları haqqında seminarlar və söhbətlər oldu.

Təşkilat çox yüksək səviyyədə idi, otelin təşkil edilməsindən tədbirin keçirilməsinə qədər, əlbətdə Visanın böyük rolu vardı. Tədbir 3 gün davam etdi. İkinci gün konfransda spiker olaraq iştirak etmə şansına nail oldum. Bu çox həyəcanlı və məsulliyətli bir çıxış idi. Ancaq öhtəsindən heç də pis gəlmədiyimi düşünürəm. Üç gün davam edən seminarlar və konfranslarda Visa Cardın təmsilciləri müxtəlif informasiya və yenilikləri iştirakçılarla paylaşdılar. Eləcə də Sloveniyanın populyar bloggerlərini də dinləmə şansımız oldu. Ukrayina, Qazaxstan, Gürcistan, Avstriya, Sloveniya və s. kimi ölkələrin tanınmış blogerlər də iştirak etdilər. Hər axşam qonaqlar üçün partilər, fashion showlar təşkil olunmuşdu. Sloveniyanın yerli pressası və jurnalistləri də çox fəal əçtirak edirdi bu tədbirdə. Seminarlar və partilərdən əlavə, Moribor şəhərinə də tur təşkil olunmuşdu.. Bu kiçik və şirin şəhərlə yaxından tanış olub, yerli yeməklərin dadmaq imkanımiz oldu. Otelimiz qış tətilinin olduğu ərazidə yerləşirdi. Hər gün konfransın keçirildiyi otelə kanatla gedib  gəlirdik (nece de romantikdir 🙂 )  Tamamı ilə dağların və yaşıllıqların ətrafında olmaq çox gözəl və pozitiv hisslər bəxş etdi bütün iştirakçılara.

Blogomanijada keçən 3 gün, həyatımda və karyeramda çox vacib izlər qoydu. Visanın keçirdiyi konfrans və seminar xarakterli söhbətlər çox vacib bilgilər öyrənməyimizə dəstək oldu. Hər nəqədər bloqum Fashion&Beauty ilə bağlı olsa da, müxtəlif sferalarda olan blogerlərlə bir-birimizdən öyrənəcəyimiz çox şey oldu. Mən deyərdim bu tədbir ümumilikdə  müxtəlif sferalarda olan blogerlərin bir-birinə təcrübə və informasiya  paylaşması üçün təşkil edilmiş çox faydalı konfrans idi.

Bir daha Visa Card Azərbaycan təmsilçiliyinə, mənə bu imkanı yaratdığı üçün öz təşəkkürümü bildirirəm.

Caspian Vogue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *