XBODY…..

Budur artıq bir ay keçdi və düşünürəm XBody haqqında fikirlərimi paylaşmağın vaxti gəldi!

Öncəliklə deyim ki, idman sağlamlıqdır ve bu bizim həyat tərzimiz olmalıdır. Əfsuslar olsun ki, bizlər idmanı yalnız arıqlamaq və formada qalmaq üçün edirik!

Nəisə, qayıdaq mövzumuza! Əlbətdə baharın gəlişi ilə hamımız təşvişə düşürük, hamı yay aylarında arıq və fit olmaq istəyir, məhz buna görə XBody bütün xanımların sevəcəyi bir idman növüdür! Əminliklə deyə bilərəm ki, XBody  ən tez nəticə verən idman növlərindən biridir. Xbody ilə tanışlığım tanıdığım və güvəndiyim bir bloger vasitəsi ilə oldu. Ondan maraqlandığımda mənə getməmi tövsiyyə etdi. Budur məşqlərdən artıq bir ay keçib və mənim də, artıq sizlərlə bölüşəcək fikirlərim var. Öncəliklə onu deyim ki XBody nin şəhərimizdə açılmasında böyük əməyi olan Leyla xanım məni çox təcübləndirdi. Bu xanım, bu idman növü ilə bağlı çox böyük və dərin informasiyaya sahibdir. Bu çox vacibdir mənim üçün, çünki bu işi görən insanlar həqiqətən, işini sevməli və bu işin profesionalı olmalıdırlar. Leyla xanımla ilk görüşüm XBodynin doğru seçim olması ilə bağlı məni daha da əmin etdi.

XBody nədir? Xbody geyindiyimiz özəl kostyumun üzərindən keçən elektrod vasitəsi ilə əzələləri stimulasiya edən bir idman növüdür. Bu kostyum uzun illərdir  fizioterapiyada müalicəvi məqsədlə istifadə olunan bir geyimdir. Məhz buna görə məşqlərdən sonra bel ağrılarım olmur, xüsusən də pressdən sonra! Anladığım qədər, bu kostyum üzərində bə’zi dəyişikliklərdən sonra XBody idman növü kəşf edilib, Mən sizi daha çətin və anlaşılmaz cemlələrlə yormaq istəmirəm, çünki bu haqda dərin informasiyanı siz, rahatlıqla XBody instagram səhifəsində tapa bilərsiz.
Mən isə sizə, nə hiss etdiklərim və nəticələr barəsində danışmaq istəyirəm. İlk növbətə gigiyena mənim üçün çox vacibdir və Xbdoy studiyası məni bu barədə çox qanı edir. Hər tərəf təmiz və bütün giyiyena şərtlərinə uyğundur. Burada ki bütün məşqçilər profesional dərəcələri olan idmançılardır və buna görə də onlara tamamı ilə güvənə bilərsiz! Bütün proses yalnız individual məşqçi nəzarəti altında keçirilir. İlk olaraq özəl pambıq (steril) kostyumu geyinirsiz, daha sonra Xbody kostyumu geyinilir. Bu kostyum xüsusi aparata qoşulur və sizin haqqınızda bütün informasiya sistemə daxil olunur. Məşqlərdən öncə sizin personal məşqçiniz sizinlə sorğu aparır və bədəninizdə nə kimi dəyişikliklər etmək istədiyinizi öyrənir. Buna əsasən məşqçi, sizə özəl proqram qurur. Burada nəyin ki idmanla bağlı, hətta diyeta və doğru qidalanma haqqında da sizə kömək edirlər. Mən artıq nəticələri görməyə başladım. Məşqlərə gəldiyimdə, məqsədim arıqlamaqdan çox, bədənimi sıxılaşdırmaq və yiğmaq idi. Artıq məni görən hər kəs hətta oxuculrım da çox gözəl arıqladığımı deyirlər və bu, sadəcə bir aya baş verdi. Şəhərimizdə elə də çox olmayan nadir profesioanl məşq studialarından biridir XBody və sizə rahatllıqla nəticə əldə edəcəyiniz bir yer olaraq tövsiyyə edirəm. İlk ay, həftədə iki dəfə məşq etmək tövsiyyə olunur, daha sonra bunu həftədə üç dəfəyə çıxara bilərsiz. Onu da deyim ki, iş adamları üçün, vaxtı az olan insanlar üçün idealdır bu idman növü, çünki məşqlər sadəcə 20 dəqiqə çəkir ancaq efekti fitnes zalındaki hardasa üç saata bərabərdir. Sonda demək istəyirəm ki, ən əsası düzgün həyat tərzi, düzgün qidalanmaqdır, idman tərəfini isə rahatlıqla Xboduye həvalə edin!

 

 

Caspian Vogue